Azərbaycanda federasiyaya 40 min manatlıq zərər yetirilib

15:09 17-07-2019 568

Azərbaycan Qol Güləşi Federasiyasına 40 min manat məbləğində zərər vurulub.

HerGun.Az-ın xəbərinə görə, Məhəmməd Əliyev adlı Cəlilabad rayon sakini may ayında 40 min manat dəyərində idman qidasını federasiyadan alıb, lakin pulunu qaytarmayıb.

Buna görə federasiya aidiyyəti üzrə Nizami Rayon Polis İdarəsinə sözügedən şəxsdən şikayət edib. Hazırda həmin polis idarəsində sözügedən faktla bağlı dələduzluq maddəsi ilə araşdırma başlanılıb.

Məsələ ilə bağlı Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovla əlaqə saxladıq. Əhmədov belə bir faktın olduğunu təsdiqlədi.

Səbuhi Musayev