Polis Samuxda anlaqsız vəziyyətdə tapılan kişinin yaxınlarını axtarır - FOTO

19:20 04-06-2020 325

Samuxda anlaqsız vəziyyətdə olan kişi polislər tərəfindən tapılıb.

HerGun.Az-a bu barədə DİN-in regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Sarıqamış kəndində tapılmış 55-60 yaşlı kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Anlaqsız vəziyyətdə olan kişi özünü təqdim edə bilmir.

Rayon polis şöbəsindən bildiriblər ki, bu şəxsi tanıyan şəxslər ya 102 xidmətinə, ya da Samux rayon polis şöbəsinə məlumat versinlər (Telefon: +994222751105).