Bursada qeydə alınan hava burulğanı sakinləri heyrətləndirdi - VİDEO
23:00 04-06-2020 402
Türkiyənin Bursa şəhərində meydana gələn təbiət hadisəsi bəzi sakinlərin narahatlığına səbəb olub.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, bu ərazilərdə nadir hallarda rast gəlinən və tornadonu xatırladan hava burulğanı güclü yağışdan sonra ortaya çıxıb.
Ətrafda yaşayan sakinlər nadir təbiət hadisəsini telefonlarına çəkərək, sosial şəbəkələrdə paylaşıblar.