Rəqqasə Renka karantin qaydalarını pozdu - VİDEO

00:40 05-06-2020 647

Renka təxəllüsü ilə şou-biznesdə tanınan oriental rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova karantin qaydalarını pozub.

HerGun.Az xəbər verir ki, sənətçi paytaxt restoranlarının birində kosmetoloq Aytac Əsədovanın doğum günü “party”sində iştirak edib.

Həmin gecədən görüntüləri sosial media hesabında paylaşan Renkanı izləyicilər tənqid ediblər. Onlar R.Ağamuradovanı ölkədə tətbiq olunan karantin rejimini heçə saydıqlarını yazıblar.

Yayımlanan görüntülərdə 10 nəfərdən çox şəxsin birgə ad günündə iştirak edərək sosial məsafəni gözləməməsi və maskadan istifadə etməməsi aydın sezilib.

Bunlar isə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (doğum günü, toy, yas və s.) qadağandır. Həmçinin 10-dan çox insanın bir yerə toplaşması, sosial məsafəni gözləməməsi və tibbi maskadan istifadə etməməsi qanunla yasaqdır.

Rəşad Əliyev