Polis qumbaranı aksiya iştirakçısının başına tuşladı – VİDEO

04:40 05-06-2020 393

ABŞ-da etiraz aksiyaları zamanı polis iştirakçılardan birinin başına qaz qumbarası atıb.

RT bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, hadisə Miçiqan ştatının Qrand-Rapids şəhərində baş verib. Kadrlarda kişinin silahlı olmadığı görünür. Bununla belə, əvvəlcə onun üzünə bibər qazı sıxılıb, sonra isə başına qaz qumbarası atılıb.

Video paylaşılan andan etibarən beş milyondan artıq baxış toplayıb.

Faktla bağlı polis daxili araşdırmalara başlayıb.