Pamela Anderson əfsanəvi çimərlik geyimindən danışdı – FOTO

05:20 05-06-2020 459

Məşhur aktrisa Pamela Anderson “Malibu xilasediciləri” serialındakı qırmızı çimərlik geyimindən hələ də istifadə etdiyini deyib.

Bu barədə “Star News” xəbər yayıb.

“O, əvvəlki kimi əynimə əla oturur. Bəzən dostlarımla əylənmək üçün onların təşkil etdikləri “party”lərə geyinirəm. Bəzən də evdə, qonaq otağında onunla gəzirəm”, - deyə aktrisa bildirib.

P.Anderson həmçinin karyerasının əvvələrində yaşadığı çətinliklərdən danışıb.

“Bəlkə də buna inanmayacaqsınız, ancaq əvvəllər utancaq olmuşam. Həmin hisslə çox mübarizə apardım, çünki özümü bu cür hiss etməkdən nifrət edirdim. Anladım ki, əslində, mənim necə geyindiyim və ya necə göründüyüm heç kəsi o qədər də maraqlandırmır. Bizim ən böyük tənqidçimiz özümüzük”, - deyə model vurğulayıb.