Dağ keçisinin məsciddən çıxarılması üçün jandarma müraciət etdilər - VİDEO

05:40 05-06-2020 520

Türkiyənin Elazığ vilayətində yerləşən Təpəcik kəndinin sakinləri məscidə daxil olan dağ keçisini çölə çıxarmaq üçün jandarm qüvvələrinə müraciət etməli olub.

“Anadolu” xəbər verir ki, dağ keçisi ibadət evinin ikinci mərtəbəsinə qalxıb.

Jandarmların səyi nəticəsində heyvan məscidin ərazisindən çıxarılaraq, təbiətə qaytarılıb.