Azərbaycan Premyer Liqasında beş, kubokunda altı əvəzetməyə icazə verildi

17:40 05-06-2020 437

Azərbaycan futbolunda cari mövsümün sonunadən beş əvəzetmədən istifadəyə icazə verilib.

HerGun.Az xəbər verir ki, matçın gedişatına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum üç dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək.

Komandalar fasilədə də dəyişiklik edə bilərlər (bu, üç dəfə nəzərdə tutulan limitə daxil deyil).

Azərbaycan Kubokunun yarımfinal və final oyunu əlavə vaxta gedərsə, klublar əlavə vaxtda sayca altıncı dəyişikliklərini həyata keçirə bilərlər. Əsas vaxtda istifadə olunmamış əvəzləmələr əlavə vaxtda daşınır.

Əgər futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən testlərdə müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Oyunun startına qədər stadiona gələn hər kəs tibbi maskada olmalıdır. Bunlar oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslərdir.

Oyunun gedişində tibbi maska taxmayacaq şəxslər isə baş məşqçi və isinmə hərəkətlərinə yollanan (maska taxılmamasına ancaq isinmə hərəkətləri zamanı icazə verilir) oyunçular, eləcə də oyunun şərhçisidir.

Əvəzlənən oyunçu texniki zonaya qayıdacaqsa, tibbi maska taxmalıdır. Tibbi maskaların təqdim olunmasına hər komandanın həkimi nəzarət edir.

Oyunlar açıq hava şəraitində keçirilsə də, hərəkətdə olmayan şəxslərin sosial məsafə qaydalarına tam əməl etmək imkanı olmadığı üçün tibbi maskalardan istifadə vacibdir.