Tramp müşavirini öskürdüyü üçün otaqdan qovdu - VİDEO

22:09 18-06-2019 588

ABŞ prezidenti Donald Tramp ABC News-a reportaj verərkən müşaviri Mick Mulvaneyi otaqdan qovub.

Belə ki, jurnalistin sualını cavablandırarkən müşavir  öskürməyə başlayıb və Tram danışığını kəsərək “Öskürəcəksənsə, çıx bayırda öskür, cavabımın ortasında öskürürsən, bu xoşuma gəlmir, bilirsən ki, heç xoşuma gəlmir”,- deyərək otaqdan çıxmasını tələb edib. 

Müşaviri üzr istəsə də, Tram bir daha onun otaqdan çıxmasını istəyib və heç nə olmamış kimi çıxışına davam edib. Prezidentin bu hərəkəti ölkəsində medianın müzakirə mövzusuna çevrilib.