Azərbaycanda dolu yağıb - FAKTİKİ HAVA + VİDEO

20:40 05-06-2020 461

Milli Hidrometeorologiya Xidmətinin 5 Iyun saat 20:00-а olan məlumatına əsasən, Şəmkir, Tərtər, Zaqatala, Bərdəyə yağış yağıb.

Tərtər rayonu Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 mm, Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30 radələrində, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Naftalan, Gəncədə 24 m/s, Tovuzda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23m/s, Maştağa, Qum adasında 20 m/s, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 m/s- dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.