İraqda üç türk diplomatı öldürüldü

16:27 17-07-2019 492

İraq Kürdüstanında Türkiyədən olan diplomatlara qarşı hücum təşkil edilib.

HaberTürk” xəbər verir ki, Ərbil şəhərində Türkiyə konsulluğunun işçilərinin olduğu restorana edilmiş silahlı hücum nəticəsində üç türk diplomat qətlə yetirilib.

Hücum səsboğuculu silahlarla silahlanmış iki şəxs tərəfindən törədilib.

Hadisə terror aktı olaraq qiymətləndirilib. İlkin ehtimallara əsasən, hücumun arxasında PKK terror təşkilatı durur.