Avtomobil dayanacağa çırpıldı, ata ilə oğulun üstünə aşdı

03:40 07-06-2020 364

Rusiyanın Xabarovsk şəhərində iki nəfərin ölümü ilə nəticələnmiş dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

TASS xəbər verir ki, “Toyota Premio” avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yaxınlıqdakı ictimai nəqliyyat dayanacağına çırpılıb.

Toqquşmadan sonra maşın aşıb və dayanacaqda olan ata ilə oğulun üstünə düşüb.

Uşaq hadisə yerində ölüb, atası isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünün sərxoş olduğunu müəyyənləşdiriblər.