Oğlunu öldürən atanın tutulmaması üçün özlərini polis maşınının qabağına atdılar - VİDEO

06:40 07-06-2020 532

Sosial şəbəkələrdə oğlunu güllələyən kişinin polislər tərəfindən aparılmasına mane olmaq istəyən qohumlar barədə video yayılıb.

RT-nin məlumatına görə qəribə hadisə Dağıstanda baş verib.

Kadrlarda görünür ki, bir neçə gənc özlərini polisin xidməti maşınının qabağına ataraq, kişinin aparılmasının qarşısını almaq istəyirlər. Buna baxmayaraq avtomobil hərəkət edir.

İstintaqın versiyasına görə, ata 41 yaşlı oğlunu aralarında qəfil çıxan münaqişədən sonra güllələyib.

Ölən şəxsin narkoman olduğu vurğulanıb. Bildirilir ki, oğul bıçaqla atasına hücuma keçdiyi üçün kişi özünü qorumaq məqsədiylə silahından atəş açıb və onu sinəsindən vurub.