İsmayıllıda fəxr ediləsi, qürur duyulası sürətli inkişafın şahidiyik

16:59 17-07-2019 567

Təhsilimizin yaxın keçmişini bu günümüzün konteksində təhlil edərkən inkişafla bağlı dövrləri mərhələlər üzrə birləşdirmək daha məqəsədəmüvafiq olar. Müstəqilliyimizin ilk illərində təhsil sahəsində müxtəlif çətinliklər və problemlər yaşanırdı.

Bu problemlər ˗ məktəblərlə bağlı infrastrukturun yenilənməsi, dərsliklərin və təhsil proqramlarının dövrün inkişaf tempinin tələblərinə uyğun tərtib edilməsində təzahür edirdi.

Ulu öndərin hakimiyyəti dövründən başlayaraq ölkənin gələcək müstəqilliyi və möhkəmlənməsi üçün strateji əhəmiyyət kəsb edən belə ciddi məsələlərin mərhələli həlllinə yönəlik tədbirlər ardıcıl həyata keçirilməyə başladı.

Təhsilin inkişafı ilə bağlı ikinci ˗ müasir mərhələnin başlanğıcını isə Ulu öndərin siyasi davamçısı cənab Prezident İlham Əliyevin hakimiyyəti dövüründən sərhədləmək olar. Məhz həmin dövrdən başlayaraq, xüsusi qayğı nəticəsində Azərbaycan təhsilində forma və məzmunca yeni inkişaf səviyyəsi müşahidə olunmağa baışladı. Onun “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”- fikrində qeyd olunanlar mahiyyətcə öz təsdiqinə qovuşur.

Son illər İsmayıllı rayonunun təhsil sistemində normativ-hüquqi bazanın yaradılması, müasir texnologiyaların tətbiqi, imkanlarına görə məzmunca təhsilin yeniləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin idarəçilikdə demokratik dəyərlərin daim ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib fəaliyyət istiqamətləri artmaqdadır.

Zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı rayonunda təhsil 2018- 2019-cu tədris ilində daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.

Ölkəmizdə olduğu kimi, İsmayıllıda da son illər təhsilin inkişafına olan qayğı, tələbkarlıq öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq yeni məktəb binalarının tikilməsi və bəzilərinin əsaslı təmir olunması rayonun təhsillə bağlı göstəriciləri daha da artmışdır.

Son iki ildə Rayonun ucqar ərazilərində yerləşən Yenikənd, Tağlabiyan, Gəndov, Uştalqışlaq kəndlərində modul tipli məktəb binaları tikilərək istifadəyə verilib. Bununla yanaşı, eyni layihə əsasında tikilən Girk kənd məktəbinin binası da istifadəyə verilmək ərəfəsindədir.

Son 15 ildə rayonda məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Ulu öndərin ideyalarına söykənərək xalqının maariflənməsi üçün çalışan Fond, bu günün şagirdlərinin sabahın layiqli vətəndaşları kimi böyüməsində çox böyük humanist, məqsədyönlü siyasət həyata

keçirir. Fondun təşəbbüsü ilə daha bir məktəb 360 yerlik Gəraybəyli kənd tam orta məktəbi tikilir.

Dövlətin rayona olan diqqəti gündəlik həyatda da hiss olunur. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması ilə bağlı qəbul olunan Dövlət Proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Rayonun inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması ilə bağlı cənab Prezidentin verdiyi sərancamlar müəllimlər üçün, ümumilikdə İsmayıllı təhsili üçün ən böyük hədiyyədir

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışnda iştirak etdiyi Lahıc qəsəbə 410 yerlik tam orta məktəb binasının istifadəyə verilməsi qəsəbə sakinlərinin sevincinə səbəb oldu.

Cənab Prezident Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Sərncam vermişdir. Hal- hazırda tikintisi yekunlaşmaq üzrədir, Yeni dərs ilinə kimi istifadəsi nəzərdə tutulmuşdur. Tarixi qədim olan Basqal qəsəbəsinin restavrasiya olunaraq keçmiş tarixi görkəminə qaytarılması cənab İlham Əliyevin ismayıllılara daha bir töhfəsidir.

Cənab Prezidentin 22 sentyabr 2014-cü ildə rayona səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə “Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik

tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam” deyən ölkə rəhbəri bir daha xalqın xidmətçisi olmağın ən şərəfli iş olduğunu öz şəxsi nümunəsində göstərmiş oldu.

Regionların kompleks inkişafını hədəfləyən bütün növ fəaliyyətlərin əsas məqsədi, ümumilikdə respublikamızın sosial - iqtisadi vəziyyətini günü-gündən inkişaf etdirmək, onu yüksək təhsilə, elmə və iqtisadi göstəricilərə malik qüdrətli bir məmmləkətə çevirməkdir. Azərbaycanı sevən, onun uğurlu sabahlarını düşünən bir gənc olaraq doğma İsmayıllımızın gözəlləşən simasında ölkəmizdəki inkişafı görmək mənə yalnız qürur verir. Bütün bunlara görə, hər zaman xalqının yanında olan, ulu öndərin milli ideyalarını layiqincə davam etdirən Prezidentimə minnətdaram.

Gündən – günə mənəvi və maddi baxımdan zənginləşən İsmayıllını fikrən seyr etdikcə, düşüncələrimdə təhlillər apardıqca cənab Prezident İlham Əliyevə minnətdar olur, qürur duyuram ki, Azərbaycan vətəndaşıyam, İsmayıllı sakiniyəm.

 

Leyla Əsədova

Keyvəndi kənd tam orta

məktəbin ingilis dili müəllimi