Virtual Azərbaycan Qran-prisinin qalibi məlum oldu - VİDEO

22:00 08-06-2020 448

“Formula 1” üzrə virtual Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

“F1news” xəbər verir ki, qələbəni “Williams” pilotu Corc Rassell qazanıb.

Britaniyalı sürücü poul-pozişndə birinci yeri tutduqdan sonra ardıcıl üçüncü dəfə inamlı qələbə qazanıb.

“Red Bull” pilotu Aleksander Albon ikinci, “Mercedes”dən Esteban Qutyerres üçüncü yeri tutub.

“Ferrari” pilotu Şarl Lekler isə bir neçə dəfə qəzaya düşüb və yekunda 14-cü olub. O, ilk belə hadisə ilə 2019-cu il Azərbaycan Qran-prisindəki kimi, eyni döngədə üzləşib. Monakolu sürücü komanda yoldaşı Entso Fittipaldi ilə toqquşub.

Virtual Azərbaycan Qran-prisinin yekun cədvəli belə formalaşıb:

1. Corc Rassell (“Williams”)

2. Aleksander Albon (“Red Bull”)

3. Esteban Qutyerres (“Mercedes”)

4. Lando Norris (“McLaren”)

5. Oskar Piastri (“Renault”)

6. Pyetro Fittipaldi (“Haas”)

7. Nikolas Latifi (“Williams”)

8. Bencamin Deli (“McLaren”)

9. Entoni Devidson (“Mercedes”)

10. Cimmi Brodbent (“Racing Point”)