Ərinin gizli arvadlarının və 13 uşağının olduğunu öyrənən qadının psixologiyası pozuldu - FOTO

08:00 09-06-2020 442

Altı il evli olan və iki övlad dünyaya gətirən qadın təsadüfən ərinin daha bir neçə arvadının və onlardan ümumilikdə 13 uşağı olduğunu öyrənəndə şoka düşüb.

Britaniyanın Edinburq şəhərindən olan Meri Terner Tompsonun hekayəsini “Metro” nəşri dərc edib. 

Məlumata görə, qadın amerikalı Uilyamla internetdə tanış olub. Cəmi üç həftə sonra kişi ona evlilik təklif edib. Onlar evlənərək, altı il bir yerdə yaşayıblar. Kişi həyat yoldaşına MKİ-nin (Mərkəzi Kəffiyyat İdarəsinin) gizli əməkdaşı olduğunu və ara-sıra uzunmüddətli ezamiyyətlərə gedə biləcəyini deyib.

Bir dəfə kişi şantajla məşğul olanların əlinə düşdüyünü deyərək, qadını evini və digər əmlakını satmağa məcbur edib. Toplanan 250 min dolları isə guya uşaqlarını oğurlamaqla hədələyən adamlara verdiyini bildirib.

Günlərin birində başqa bir qadın Meri Tompsonu taparaq, Uilyam haqqında danışıb. Məlum olub ki, MKİ və şantaj məsələləri uydurmadır. Həqiqətdə isə Uilyamın daha iki arvadı və başqa altı qadından 13 uşağı var. O, arvadları ilə həmin bu “ezamiyyət” günlərində görüşürmüş. Uilyam həmçinin cinsi xarakterili cinayətə görə mühakimə də olunubmuş. 

Məsələdən xəbər tutan hüquq-mühafizə orqanları onu çoxarvadlılıq, dələduzluq və odlu silahla bağlı qanun pozuntusu səbəbindən həbs edib.

Bu hadisələr Meri Tompsona ağır zərbə olub.

“Psixi pozğunluğu olan şəxslə altı illik evlilikdən sonra mən hər şeyimi itirdim, iki uşağımla evsiz qaldım”, - deyə qadın bildirib.

Stressdən qadın 32 kq kökəlib və çəkisi 120 kq-a çatıb. Arıqlamaq isə asan olmayıb:

“Mən müxtəlif pəhrizləri yoxladım, amma heç biri kömək etmirdi. Sonda təslim oldum və həmişəlik bu çəkidə qalacağımla barışdım”.

Lakin sonradan Britaniya Səhiyyə Sisteminin təklif etdiyi “Second Nature” proqramının köməyi ilə o, istədiyi nəticəyə çatıb. Qadın daha çox yeriməyə başlayıb, qidasında karbohidratların miqdarını azaldıb. Bunun sayəsində o, cəmi bir həftəyə 4,5 kq çəki ata bilib. 12 həftədən sonra isə yemək vərdişlərini tamamilə dəyişən Meri 12,7 kq arıqlamağa nail olub.

M.Tompson bu nəticələrin onun üçün stimul olduğunu vurğulayaraq, proqrama davam edəcəyini vurğulayıb.