Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı

18:27 17-07-2019 368

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Nəsimi Rayon Polis İdarəsindən HerGun.Az-a verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.

Belə ki, 2018-ci il doğumlu Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.

Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Ramella İbrahimxəlilova