İşğal olunmuş Qarabağda COVID-19-a yoluxma partlayışı baş verəcək - MÜSAHİBƏ

16:00 10-06-2020 503

Azərbaycanın işğal olunmuş regionunda “hökumət” koronavirus testinin mənfi nəticələrini təsdiq edən sənədlər olmadan Qarabağa səfər etməyə qadağa qoyub. Xəbər, əlbəttə ki, maraqlıdır və “kreativliyi” ilə “heyran” edir. Bu, həm də onların “müstəqilliklərini” sübut etmək üçün yeni cəhd kimi qiymətləndirilə bilər. Bəs işğalçı hökumət hərbçiləri niyə unudub?

Axı separatçıların “ordusunun” 90 faizi Ermənistandan olan çağırışçılardan ibarətdir. Bundan əlavə, dünən Ermənistanın Müdafiə naziri David Tonoyan müdafiə sahəsi və silahlı qüvvələrin inkişafındakı prioritet vəzifələr barədə fikirlərini bildirərkən, Ermənistan ordusunun hərbi heyətinin Qarabağda təmas xəttində mövqelərində qaldıqlarını söyləyib.

Media.Az üçün vəziyyəti gürcüstanlı məşhur həkim İrakli Dartsmeliya şərh edib.

- “DQR” “hakimiyyəti” öz nəzarətlərində olan əraziyə yalnız COVİD-19 xəstəliyinin olmamasını təsdiqləyən sənədlə gəlişin mümkün olduğunu bildirib. Bu zaman bir neçə sual ortaya çıxır. İnsan yoluxa bilər, testlər bunu dərhal göstərməyəcək; o gəlir və başqalarını yoluxdurur...

- ...Çox şey hansı testin və xəstəliyin hansı mərhələsində aparılmasından asılıdır. Bir şəxs PZR (polimeraz zəncirvari reaksiya - red.) və İFA (immunoferment analiz - red.) testindən keçibsə, xəstəliyin olmaması barədə danışmaq olar. Ancaq burada da nüanslar var. PZR testi daha dəqiq hesab olunur, fəqət yaxmanın götürülməsində xətaya yol verilə bilər. İFA testi isə anticisimləri dərhal aşkar etmir.

- İşğal olunmuş Qarabağdakı “qonaqlardan” hər cür arayış tələb ediləcəyi aydındır. Ancaq Ermənistandan olan çağırışçılar ora göndərilir. Karantinə riayət edilməsi nə qədər realdır? İzdihamlı kazarmalar, ümumi yeməkxanalar...

- COVID-19 virusu çox virulentdir (virulentlik – infeksion agentin orqanizmin xəstəlik və ya ölümünə səbəb olma dərəcəsi – red.). Bu, praktiki olaraq yoluxmaya zəmanət verir. Xəstəliyin necə davam edəcəyi isə başqa məsələdir. Ancaq fakt faktlığında qalır. Bundan başqa, həmin hərbçilər mülki vətəndaşlarla əlaqə quracaqmı?

Bu cür sıx yaşayış şəraitində yoluxmadan qaçmaq və deyək ki, sosial məsafə saxlamadan hərbi tapşırıqların yerinə yetirilməsi praktiki olaraq mümkün deyil.

Həmçinin, ümumi istifadədə olan əşyalar var.

- Ermənistandan çağırışçıların mütəmadi olaraq “daşınmasına” göz yumaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyi qadağan etmək qəribə deyilmi?

- Daha sadə dildə izah edim: Nəzəriyyədə heç kim gəlməməlidir. Ancaq, deyək ki, Ermənistandan hərbçi gətirilibsə, o, bir müddət karantində qalmalıdır.

- Ümumdünya Səhiyyə Təşkilatı işğal olunmuş ərazilərə nəzarət etmir. Bu yerlər koronavirus ocağına çevrilə bilərmi? İşğal olunmuş Qarabağ “boz zonadır”...

- Vəziyyət ilk növbədə orada olan hər kəs üçün təhlükəlidir...