“Neftçi” “Keşlə”yə qalib gəldi

20:40 10-06-2020 400

Bu gün “Neftçi” və “Keşlə” komandaları arasında yoxlama oyunu keçirilib.

HerGun.Az xəbər verir ki, “Bakcell Arena”da baş tutan görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı Emin Mahmudov açıb. “Neftçi” kapitanı 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Kapitan iki dəqiqə sonra fərqi bir qədər də artırıb.

İkinci hissədə “Keşlə” qollardan birinin əvəzini çıxsa da, “Neftçi”li Rəhman Hacıyev yekun nəticəni elan edib – 3:1.

Beləliklə, “Neftçi” koronavirus pandemiyası ilə bağlı karantin dövründə keçirdiyi ilk oyunda qələbə qazanıb.

Qeyd edək ki, dünən “Qarabağ” yoxlama oyununda “Sabah”a 5:0 hesabı ilə qalib gəlib.