Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

23:18 17-07-2019 658

Böyük Britaniyada Baş nazir postuna əsas namizəd Boris Conson islamofob qalmaqala səbəb olub.

SBS xəbər verir ki, B.Consonun 2007-ci ildə İslam və müsəlman aləmi barədə yazdığı esse buna yol açıb.

Yazıda deyilir ki, müsəlmanlar İslam dininə görə Qərbdən əsrlərlə geri düşüblər. Yaxın Şərqdə dindarlığın yüksəlişi isə regionun inkişafına mane olan ən əsas amildir.

Xatırladaq ki, B.Conson daha öncə də niqab geyinən qadınları poçt qutularına bənzədərək analoji qalmaqala səbəb olmuşdu.