ABŞ rəsmisi: Türkiyənin F-35 proqramında iştirakı mümkünsüzdür

23:45 17-07-2019 68

Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri alması ABŞ-ın yeni beşinci nəsil F-35 qırıcı təyyarələri ilə bağlı proqramında iştirakını mümkünsüz edir.

TASS xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Stefani Qrişem yazılı açıqlamasında bildirib.

“Təəssüf ki, Türkiyənin Rusiyadan S-400 əldə etməsi onun F-35 proqramında gələcək iştirakına imkan vermir. F-35 öz təhlükəsizliyi üçün Rusiyanın kəşfiyyat məlumatı toplama platforması ilə bir arada ola bilməz”, - deyə S.Qrişem bildirib.

Dövlət rəsmisi, həmçinin əlavə edib ki, Vaşinqton Ankaraya ABŞ istehsalı olan Patriot zenit raket kompleksləri almağı təklif etsə də, rəsmi Ankara buna razı olmayıb.

Buna baxmayaraq, ABŞ Türkiyə ilə hərbi sahədə əməkdaşlığa davam edəcək: “S-400 mövzusu istisna olmaqla, bizim əməkdaşlığımız geniş çərçivədə davam edəcək”.