Liviyada mülki şəxslərin kütləvi məzarlığı tapıldı - VİDEO

05:40 12-06-2020 545

Liviyanın Tərhunə şəhəri ərazisində aparılan araşdırmalar nəticəsində kütləvi məzarlıq tapılıb.

“HaberGlobal” məlumat verir ki, cəsədlərdən biri 12 yaşlı uşağa aid olub və əlləri qandallanaraq öldürülüb.

Kütləvi məzarlıqda dəfn edilənlər bölgədə yaşayan mülki şəxslər olub, onların general Haftara tabe qoşunlar tərəfindən öldürüldüyü bildirilir.