Məşhur blogerlər Corc Floydu dəstəkləmək üçün qaraya boyandılar - FOTO

08:00 12-06-2020 484

Məşhur blogerler “Black Lives Matter” (Qaraların həyatı önəmlidir) hərəkatı ilə həmrəylik göstərməyə çalışıblar.  

“Daily Mail” xəbər verir ki, məşhurlar polis zorakılığı nəticəsində ölən afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq qara makiyaj etmək qərarına gəliblər.

Onların paylaşımları qınaqla qarşılanıb və “Çox az bildiyiniz bir hərəkəti necə dəstəkləyə bilərsiniz? Problem sizi həqiqətən narahat edirsə, onu daha yaxşı öyrənin”, “Bu insanlara başa salın ki, həmrəylik başqa üsullarla təqdim edilməlidir” - deyə rəylər yazılıb.