Qaradağda kişini, Nəsimidə isə qadını maşın vurdu

01:45 18-07-2019 346

Bakıda piyadaların vurulması ilə nəticələnən iki qəza qeydə alınıb.

HerGun.Az xəbər verir ki, hadisələrdən biri Qaradağ rayonunda olub.

Sədərək ticarət mərkəzinin yaxınlığında minik avtomobili piyada, 1964-cü il təvəllüdlü Hüseynov Fərman Əlisa oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Digər analoji hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Rayonun Mir Cəlal küçəsində avtomobil yolu keçmək istəyən piyada, 60 yaşlı İbrahimova Rövşanə Məmməd qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu