İki dostun davası bıçaqlanma ilə bitdi

02:00 18-07-2019 513

Nizami rayonunda 18 yaşlı gənc bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Əsgərov Təbriz Pərviz oğlu dostu tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu