“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc Liderlər Proqramının rəsmi açlışı olub - FOTO

22:00 12-06-2020 602

12 iyun 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının rəsmi açılış mərsimi videokonfrans formatında açılışı olub.

Açılşıda Gənclər və İdman naziri Azad Rəhimov və nazir müavini İntiqam Babayev iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə 2019-cu ildən keçirilən proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Nazir Azad Rəhimov çıxışı zamanı bildirdi ki, bu proqram gənclər üçün bir növ qeyri-formal təhsil platformasıdır.

Çıxışının davamında Azad Rəhimov vurğulayıb: “Sizi 2-3 ay ərzində maraqlı görüşlər, təlimlər və vebinarlar gözləyir. Sanitar-epidemioloji vəziyyət normallaşdıqca ünsiyyətimizin canlı rejimə keçirilməsi nəzərdə tutulub. Hazırda davam etməkdə olan COVİD-19 pandemiyası qarşımıza yeni vəzifə və çağrışlar qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və ardıcıl siyasəti əhalinin ilk növbədə sağlamlığının qorunmasına yönəldilib. Qısa müddət ərzində atılmış addımlar – xüsusi fondun yaradılması, Bakı və regionlarda karantin üçün yerlərin ayrılması, modul tipli xəstəxənaların tikilməsi, tibbi ləvazimatların istehsalının təmin edilməsi xüsusilə qeyd olunmalıdır”.

Layihə haqqında danışarkən bildirək ki, 1-30 aprel 2020-ci il tarixlərdə 2020-ci il üçün elan olunmuş proqrama 40-dan artıq rayon və şəhərdən 350-dən cox gənc müraciət edib. Hər bir iddiaçının anketi diqqətlə öyrənildikdən sonra ilkin seçim nəticəsində 171 gənclə onlyan formada müsahibə aparılıb. Ümumilikdə, 110 gənc iştirakçı kimi seçilib. İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünya görüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komanda işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib. İyun-sentyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxslərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub. Sentyabr-oktyabr aylarında iştirakçılar komandalarda layihə və təkliflər hazırlayacaqlar.

Təkliflər aidiyyatı üzrə müvafiq dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulur. Sanitariya-epidimaloji vəziyyətdən asılı olaraq Naxçıvan Muxtar Respublikasına səfər planlaşdırılır. İştirakçıların hər birinə məzun diplomlarının təqdim edilməsi nəzərdə tutulub.

2019-cu ildə həyata keçirilmiş proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkəbərov, Müdafiə naziri Zakir Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayevlə görüşüblər.

Proqram Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əsasında həyata keçirilir.