17 yaşında ailə qurmuş Şəbnəmin keçmiş həyat yoldaşının görüntüləri yayıldı - FOTO/VİDEO

17:20 13-06-2020 707

“Rayonda böyüyən qız istəyər ki, şəhərə gedib, orada ailə qursun. Xalam oğlunun toyuna gəlmişdik, sağdış vuruldu mənə. Bir neçə gündən sonra söylədilər ki, qızın “həri”sini almaq üçün atasının yanına - Bakıdan Tovuza getmək lazımdır. Qız da, oğlan da razı. Amma yolun uzaq - 450 kilometr olduğunu bilib, bir az gileyləndilər və getmədilər”.

HerGun.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Şəbnəm Tovuzlu qonaq olduğu ATV telekanalında yayımlanan “Gündən-günə” musiqili-əyləncəli proqramda ilk evliliyindən danışarkən deyib.

17 yaşında valideyinlərinin icazəsi olmadan Bakıda ailə həyatı quran Ş.Tovuzlu birinci həyat yoldaşından boşansa da, qayınanası və baldızı ilə dost münasibətində qaldığını bildirib:

“Sonra oğlan tərəfi dedi ki, gedək, səni anam və bacımla tanış edim. Qapını bacısı açdı. Gördüm ki, qardaşına çox bənzəyir. Qayınanam Tahirə xanımla oturduq, uzun-uzadı söhbət edib, tanış olduq. Dedim ki, mən getməliyəm. Qayınanam dedi ki, hara gedirsən? (gülür) Artıq sən bu evin gəlinisən.

Bu hadisələr 2003-cü ilin yanvar ayının 1-nə təsadüf edib. Həyat yoldaşımla anlaşa bilmədiyimiz üçün ayrıldıq. Amma buna rəğmən, onun anası Tahirə xanım və baldızım Arzu xanımla gözəl münasibətimiz var. Birinci həyat yoldaşımdan 16 yaşlı qızım var. Qızım onlarla nəfəs alır. 17 yaşımda tanış olduğum adamla yeddi gündən sonra toyumuz baş tutmuşdu. Dəvətnamələrimizi də özümüz yazmışdıq. “Təbrik” adlı restoranda toyumuz keçirildi. Toyumda Ceyhun Nemətov, İradə Dadaşova və Əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov oxudular.

O zaman müğənni deyildim. Amma musiqi təhsilim var idi. İnternetdə qaşlı-qabaqlı bir şəkilim də çıxmışdı. Toyda anam-atam iştirak etmədi. Sonra da valideyinlərimlə barışdım. İlk həyat yoldaşımın ailəsi rusdilli olduğuna görə, mənə Səbinə deyərək müraciət edirdilər. Toyumun kasetinin üstündə adım Şəbnəm yox, Səbinə yazılıb”.

Qeyd edək ki, hazırda Ş.Tovuzlu “Hacı” ləqəbli iş adamı ilə evlidir. Cütlüyün Əli adlı oğlan övladı var.

Rəşad Əliyev