Efirə maska ilə çıxan Xalq artisti onu mahnı oxuyarkən də çıxarmadı - VİDEO

12:20 14-06-2020 613

Xalq artisti Mələykə Əsədova efirə maska ilə çıxıb.

HerGun.Az xəbər verir ki, sənətçi qonaq olduğu ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousuna maska ilə gəlib.

Sözügedən proqrama dəfələrlə qatılan Mələykə əli boş gəlməsini isə koronavirusla əlaqələndirib:

“Bu gün verilişinizə tək qatılıram. Əli boş gəlməyimin səbəbi isə koronavirusla bağlıdır. Aldığımın üzərində virus ola bilər. Ehtiyat etdim”.

“Heç kim məndən inciməsin, amma mən hara gedirəmsə, maskadan istifadə edirəm”, - deyən M.Əsədova fikirlərini belə davam edib:

“Maska taxmaq mütləqdir. Evdə mənə deyirlər ki, çox kaprizli insansan. Bildim ki, verilişdə masa arxasında olacağıq, qərara gəldim ki, üzümə maska taxım. Doğmalarımızı, dostlarımızı və yaxınlarımızı seviriksə, ilk növbədə özümüzü qorumalıyıq. Bu, vətəndaş məsuliyyətidir”.

Verilişdə sosial məsəfə qaydaları pozulsa belə, Mələykə Əsədova çəkiliş boyu, hətta mahnısını səsləndirən müddətdə də taxdığı maskanı kənara qoymayıb.

Rəşad Əliyev