BTQ ilə işləyəcək qatarlar bu depoda təmir olunacaq - VİDEO

09:18 18-07-2019 594

Fransa Maliyyə Agentliyinin dəstəyi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi əsasında Gəncə yeni Lokomotiv Deposunun inşasına başlanılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, yeni deponun tikinti işləri təxminən 6,6 hektar ərazini əhatə edir.

Bu ilin aprel ayından başlayan işlər çərçivəsində təxminən bir kilometrə yaxın ballast üzərində dəmiryolun alt yatağı inşa edilib. Bundan əlavə, sahəsi 2970 kv.m olan əsas binanın, 1120 kv.m olan anbarın təməlləri, eləcə də deponun ərazisi üzrə 608 metr uzunluğunda istinad divarı tikilib.

Tikintiyə 20 nəfərdən çox mühəndis heyəti, 80 nəfərdən artıq fəhlə və texniki işçi cəlb edilib.

Geniş imkanlara malik olacaq müasir deponun istifadəyə verilməsi ilə, əsasən, Bakı-Tbilisi-Qars dəmir yolunda işləyəcək yeni model yük qatarlarının təmiri aparılacaq.

Depoda ay ərzində 50-60 teplovoz və elektrovoza baxış və onların təmiri mümkün olacaq.

Qeyd edək ki, yaxın illərdə ölkəyə xaricdən gətirilən yük qatarlarının iki nöqtədə - Bakının Biləcəri qəsəbəsində və Gəncə şəhərində təmiri nəzərdə tutulur.

Nazir Quliyev