Antalyada azərbaycanlıların olduğu avtobus dərəyə aşdı

11:09 18-07-2019 639

Antalyanın Manavqat rayonunda turistləri aparan avtobus dərəyə aşıb.

“Habertürk”ün məlumatına görə, hadisə zamanı beş azərbaycanlı xəsarət alıb.

Bunlar bir ailənin üzvləri olan Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədovadır.

Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumata əsasən, qəzaya yağış səbəbindən yolun sürüşkən olması səbəb olub.

Samir İsayev