Rüfət Axundovun kəbinli ikinci arvadı və uşağı var? - AÇIQLAMA + VİDEO

10:40 16-06-2020 605

“İllər öncə Xatirə İslamın toyunda Gülay Zeynalovanın həyat yoldaşı Kamil Zeynallı ilə aramızda mübahisə yarandı. Mənə siyahı vermişdilər ki, qonaqları yerlərində oturdum. Altıncı masada qonağı əyləşdirmək istəyirdim, Kamil dedi ki, mən artıq burada oturmuşam. Cavab verdim ki, burada sən yox, bu qonaq əyləşməlidir, siyahıda belədir. Həmin məsələyə görə sözləşdik. Amma əlbəyaxa dava olmayıb. Kamillə münasibətimiz normaldır”.

HerGun.Az xəbər verir ki, bu sözləri 41 yaşlı müğənni Rüfət Axundov “Xəzər TV”də yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olarkən deyib.

Proqramın aparıcısı Zaur Kamalın R.Axundova verdiyi zərfdə yazılanlar onu həyəcanlandırıb. Zərfdən çıxan “Rüfətin kəbinli ikinci arvadı, hətta o xanımdan bir övladı var. Lakin hazırkı həyat yoldaşının bundan xəbəri yoxdur. Doğrudur?” sualına sənətçi “Qətiyyən, bu, belə deyil. Əgər uşaq varsa, gəlsin, görüm kimdir? Bəlkə var, xəbərim yoxdur? (gülür). Bizim ailənin psixologiyası başqadır. Əgər uşaq olsaydı, o mənim yanımda olardı” cavabını verib.

Qeyd edək ki, R.Axundov mərhum Xalq artisti Yaşar Nurinin bacısı oğludur. Müğənninin bir qızı və bir oğlu var.

Rəşad Əliyev