Üçüncü dəfə ailə qurub, ikinci dəfə ata olan Azər: “Dilək qızımın bacısı Aycan” - VİDEO

16:20 16-06-2020 627

Üçüncü dəfə ailə qurub, ikinci dəfə ata olan teleaparıcı Azər Zahid yeni doğulan körpəsinin görüntülərini paylaşıb.

HerGun.Az xəbər verir ki, qızına Aycan adını verən Azər İlahə adlı xanımı ilə birgə xəstəxanadan çıxarkən çəkilən videosunu sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Yaydığı videonu A.Zahid belə şərh edib:

“Bu gün mənim gözəl balam dünyaya gəldi. Dilək qızımın bacısı Aycan. Aycan qızım adınla böyüyüb, ölkənə, məmləkətinə xeyirli övlad olasan”.

Qeyd edək ki, A.Zahid üçüncü dəfə ailə həyatı qurub. O birinci dəfə aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlüyün bu nikahdan Dilək adlı qız övladı var.

Sonra Azər V.Əlizadədən ayrılaraq, Nəcibə adlı xanımla evlənib. Onunla da boşanan teleaparıcı İlahə adlı xanımla ailə qurub. 

Rəşad Əliyev