Dövlət Xidmətinə müvəqqəti rəis təyin edildi

12:18 18-07-2019 428

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

Bu barədə HerGun.Az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. 

O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyinat olmayıb:

“Hazırda qurumun rəis müavini Fuad Heydərova müvəqqəti olaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinin səlahiyyətlərini yerinə yetirmək tapşırılıb”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Dövlət Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq öz istəyi və ərizəsi əsasında vəzifəsindən ayrılıb.

Könül Cəfərli