Bakıda gözəllik salonundan oğurluq edilib

12:40 17-06-2020 403

Bakıda gözəllik salonundan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 gözəllik salonundan 1700 manat  pul və 1 ofisdən 170 manat pul, 250 manat dəyərində mobil telefon və qol saatı oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.