AzTV-nin mətbuat katibi işdən çıxdı

13:20 17-06-2020 464

Mübariz Aslanov Azərbaycan Dövlət Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini tərk edib.

HerGun.Az xəbər verir ki, bu barədə M.Aslanov sosial media hesabında məlumat verib. 

“Dostlar, artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”, - deyə o açıqlamasında bildirib.

Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov həmin vaxtdan şöbə müdiri vəzifəsinə təyin olunmuşdu.

O, əvvəllər Azadinform, APA və Report informasiya agentliklərində çalışıb.

Rəşad Əliyev