Dağıstandan 152 həmyerlimiz ölkəyə gətirildi - RƏSMİ

18:20 17-06-2020 344

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində müvəqqəti məskunlaşan şəxslərdən bir qismi Azərbaycana gətirilib.

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarixi İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, 152 vətəndaşımız Moskvaya təşkil olunmuş çarter reysi ilə ölkəyə gətirilib:

“Onlardan 146 nəfəri böyük, altı nəfəri isə azyaşlıdır”.

İlhamə Əbülfət