Azərbaycanda daimi yaşamaq istəyənlərin sayı bəlli oldu

12:45 18-07-2019 482

Bu ilin altı ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib.

HerGun.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin ilin altı aylıq yekunlarına həsr olunan mətbuat konfransında qurumun rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisi qeyd edib ki, daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub:

“Qeyd edək ki, bu icazələrin alınması üçün, əsasən, Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən müraciətlər daxil olub. Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna  və İran vətəndaşları olub”.

İlhamə Əbülfət