Rusiyadan daha 152 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTO

20:40 17-06-2020 424

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.