Kürəkəninin zorladığı qadın şikayətini geri götürdü - Qızının ailəsini dağıtmaq istəmir

13:27 18-07-2019 463

Bir neçə gün əvvəl Quba rayonunun kəndlərinin birində kürəkəni tərəfindən zorlanan qadın şikayətini geri götürüb.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir - red.) hadisədən sonra hüquq mühafizə orqanlarına etdiyi şikayətini sonradan geri çəkib.

Buna səbəb kimi isə qızının ailəsi dağılmasından qorxduğunu göstərib.

Məlumata görə, qadının şikayəti əsasında Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb. Quba rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

T.Qasımova bildirib ki, bu, kürəkəninin ilk belə çirkin əməli deyil. 34 yaşlı kişi bundan öncə də ona qarşı seksual xarakterli hərəkətlər etmək istəyib. 

Faktla bağlı araşdırma aparılır.