Türkiyədə qırqovullar yeni virusla mübarizəyə səfərbər edildi

15:20 18-06-2020 335

Türkiyədə son zamanlar artan gənə bəlası ilə mübarizəyə qırqovulları cəlb edəcəklər.

Sondakika.com xəbər verir ki, bu məqsədlə Tokatda yetişdirilmiş 600 qırqovul təbiətə buraxılacaq.

Qırqovulların gənələrin törətdiyi infeksiyanın (CCHF virus infeksiyası - Crimean-Congo Hemorrhagic Fever Virus Infection) daha çox rast gəlindiyi Anadolu, Orta Qara dəniz sahili ərazilərinə iyulun 15-dən sonra buraxılması planlaşdırılır.