Üç qadına təcavüzdə ittiham olunan aktyoru 45 il həbs cəzası gözləyir

02:20 19-06-2020 400

ABŞ-dan olan aktyor Dani Masterson barəsində 2001-2003-cü illərdə üç qadına təcavüz etməsi iddiası ilə məhkəmə işi qaldırılıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

İddianaməyə əsasən, “Scientology” təriqəti üzvü D.Masterson öz evində ikisi 23, biri isə 28 yaşında olanda üç qadına təcavüz edib. Aktyorun 45 ilə qədər həbs edilə biləcəyi qeyd olunur.

Bununla bağlı danışan aktyor haqqındakı iddiaları təkzib edib.

Məhkəmənin ilk iclası sentyabrın 18-də keçiriləcək.