Polis hündür qayadan dənizə tullanan gənci axtarır - FOTO

07:40 19-06-2020 325

Türkiyədə sosial şəbəkələrdə Antalya vilayətində yerləşən çimərlikdə hündür qayanın üzərindən dənizə tullanan gəncin fotoları yayılıb.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, şəkil Konyaaltı çimərliyində çəkilib.

Qeyd olunur ki, bu ərazidə qayaların hündürlüyü 40-50 metr təşkil edir.

Hazırda polis həyatını təhlükəyə atan şəxsi axtarır.

Türkiyədə çimərlik mövsümü açıq elan ediləndən sonra sahildə polislər xidmət aparır.

Xüsusən koronavirus pandemiyası ilə əlaqədar hüquq-mühafizə orqanları çimərliklərdə nəzarəti gücləndirib, insanlardan sosial məsafə qorumaq və digər təhlükəsizlik qaydalarına riayət etmək tələb olunur.