Tramp rəqiblərini müqayisə etdi: “Klinton daha güclü idi”

11:00 19-06-2020 338

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonun sabiq vitse-prezident Co Baydenlə müqayisədə, daha güclü rəqib olduğunu bildirib.

Bu barədə ABŞ lideri “The Washington Times” qəzetinə müsahibəsində danışıb.

Müsahibə zamanı D.Trampdan C.Bayden və H.Klintonu prezident seçkilərində rəqibləri kimi müqayisə etmək istənilib. D.Tramp C.Baydenin özünün zəif, lakin demokratların partiya maşınının daha güclü olduğunu qeyd edib.

Xatırladaq ki, sorğuların nəticələrinə görə hazırda Co Bayden seçicilər arasında populyarlıq göstəricisində D.Trampı 8,5 faiz üstələyir.