“Burberry”nin payız kolleksiyasında İrina Şeyk göz qamaşdırdı - FOTO/VİDEO

16:00 19-06-2020 581

Gözəlliyi ilə dünyaya səs salan 34 yaşlı super model İrina Şeyk “Burberry” brendinin payız kolleksiyasını təqdim edib.

HerGun.Az xəbər verir ki, rusiyalı model mövsüm öncəsi kolleksiyanın çəkilişləri zamanı bir sıra fotolarını “Instagram” hesabında paylaşıb.

Markanın yaradıcı direktoru Rikkardo Tişi “Burberry”in arxivini öyrənməyə və Britaniya moda evi tərzinin tanınan elementlərini yenidən nəzərdən keçirməyə davam edib. Bu dəfə dizayner ikililik mövzusuna işarə vurub.

İ.Şeyk fotoqrafın kamerasına cazibədar pozlar verib.

Rəşad Əliyev