İmtahanda iştirakçıların yerini dəyişdirmək olar?

14:36 18-07-2019 527

İmtahanda iştirakçıların yerlərinin dəyişdirilməsi yanlış anlaşılır.

HerGun.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, iştirakçıların hansı kompüter arxasında oturmasının imtahanın gedişatına heç bir təsiri yoxdur:

“İmtahan iştirakçısı tutduğu masadan asılı olmayaraq, kompüterə öz pinkodunu, şəxsiyyət vəsiqəsinin kodunu əlavə etməklə şəxsi kabinetinə giriş edir. Şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar açılır. Şəxsin şəxsiyyət vəsiqəsi başqası tərəfindən istifadə olunmursa, ora şəxsin özündən başqa heç kəs daxil ola bilməz”.

Nazir müavini bu günlərdə imtahan zamanı başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdinin olduğunu bildirib:

“Bu cəhdin imtahan təşkilatçıları tərəfindən qarşısı alınıb. Bununla bağlı Təhsil Nazirliyi müvafiq addım atacaq”.

Könül Cəfərli