Zelenski Ukraynanın Avropa İttifaqına tam üzvlüyünü tələb edib

17:40 19-06-2020 398

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Avropa İttifaqına (Aİ) tam üzv olmağı tələb edib.

Kp.ru xəbər verir ki, o, “Şərq Tərəfdaşlığı” proqramı üzvlərinin hədəflərini məhdudlaşdırmamalı olduğunu bildirib.

“Bəziləri üçün siyasi dialoq kifayətdir. Kimlər üçünsə Aİ ilə strateji tərəfdaşlıq, kimlərsə “dörd azadlıq” əsasında ümumi bazarı birləşdirməyə çalışır. Ukrayna kimi birisi isə Aİ-yə tam üzv olmağı tələb edir”, - deyə Ukrayna lideri qeyd edib.