Nəvəsinin əl-ayağını bağlayıb… - Dəhşətli həqiqət üzə çıxdı

09:40 20-06-2020 390

Rusiyanın Altay vilayətində yaşayan qadın nəvəsini cəzalandırmaq məqsədilə əl-ayağını bağlayaraq, bir ay zirzəmidə saxlayıb.

Nənənin yeddi yaşlı nəvəsinin başına gətirdiyi dəhşətli işgəncələr barədə RT xəbər yayıb.

Məlumata görə, 61 yaşlı qadın saxlanılıb. Onun barəsində “yetkinlik yaşına çatmayan şəxsə işgəncə verilməsi” və “qanunsuz olaraq azadlıqdan məhrum etmə” maddələri üzrə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, şübhəli şəxs 2020-ci ilin mayından iyun ayına qədər himayəsində olan yeddi yaşlı nəvəsinə işgəncə verib, dəfələrlə ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib.

Bundan başqa, qadın uşağın əl-qolunu bağlayaraq, evin zirzəmisinə salıb.

Hazırda qəyyumluq orqanı tərəfindən azyaşlının ailədən təcrid edilməsi məsələsi həll olunur.