Bakı-İstanbul avtobusunda nasazlıq: sərnişinlər yolda qaldı

15:36 18-07-2019 365

Hacıqabul rayonunda Türkiyənin “Alpar” turizm şirkətinə məxsus avtobusda nasazlıq yaranıb.

Bu barədə Oxu.Az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

P.Məmmədova bildirib ki, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində baş verib:

“Bakıdan İstanbula hərəkət edən avtobusun sürücüsü Türkiyə vətəndaşı olub. Avtobusun radiatorunun pəri qırılıb. Yaranan nasazlığa görə həmin avtobusla yola davam etmək məqsədəuyğun olmadığı üçün daşıyıcı şirkət başqa avtobus göndərib”.

Sevinc