Salyanda 67 yaşlı kişini it dişlədi

00:09 19-06-2019 546

Salyanda 67 yaşlı kişi yaşadığı kənddə itlərin hücumuna məruz qalıb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə  rayonun Quyçu kəndində qeydə alınıb. Kənd sakini, 1952-ci il təvəllüdlü Hüseynov Məhəmməd Balakişi oğlu kəndarası yolla gedərkən, küçə itləri ona hücum edib. Bədəninin müxtəlif hissələrindən xəsarət alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada ona quduzluq əleyhinə vaksin vurulub. Vəziyyətinin kafi olduğu bildirilir.