Xalq artisti: “Toyda “Can-cana”nı elə oxumuşam ki, özüm bu mahnıya vurulmuşam” - VİDEO

16:20 21-06-2020 568

“O qədər olub ki, toyda bayağı mahnı ifa etmişəm”.

HerGun.Az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi el məclisində iştirak etdiyi zaman toy yiyələrinin ondan bayağı mahnılar oxumasını istədiklərini bildirib:

“Vaxt olub ki, “Can-cana” mahnısını toyda ifa etmişəm. Danmıram ki... Bəyin atası önümdə ayağını yerə dirəyib, deyib ki, “Can-cana”nı oxu. O mahnını o qədər şirin oxumuşam ki, mahnıya vurulmuşam.

“Can-cana”dan da bərbad mahnılar var. “Səni deyirlər” mahnısını el şənliyində ifa etmişəm. Sümüyə düşdüyündən hamı bu mahnını istəyir. Səməndar Rzayev demişkən, “Toyda nə edərlər? Oynayarlar”. Buradan eşit, buradan oyna”.

Rəşad Əliyev